Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Jirinovski: Bakı və İrəvan kimi, onları da...

Baxılıb: 733     Tarix: 29-10-2019 10:17   

Rusiya Dövlət Dumasının deputatı, LDPR lideri Vladimir Jirinovski Moskvanın bir sıra xarici ölkələrin borclarını bağışlamasının səbəbləri haqda danışıb.
Virtualaz.org xəbər verir ki, rusiyalı siyasətçi bunu “həmin ölkələrin başqa superdövlətlərin yanına getməməsi üçün” etdiklərini deyib.
“Komsomolskaya Pravda” radiosunun efirində çıxışı zamanı Jirinovski bildirib ki, məsələn, Rusiya Qırğızıstan və Tacikistanın borclarını bağışlamasa onları “Çin və ya Əfqanıstan öz ağuşuna alar”.
“Budur, biz onları yanımızda saxlayırıq, Azərbaycan və Ermənistan kimi. Orada da həll edilməmiş məsələlər var, amma Ermənistan hələ NATO-ya getməyə cəhd eləmir, Azərbaycan isə Türkiyə ilə dostluq edir, lakin bizimlə də normal münasibətlər saxlayır”, - Vladimir Jirinovski belə deyib.
Onun fikrincə, Rusiya iki pisdən ən az pis olanını seçməlidir və borcları bağışlamaqla borcluların geosiyasi dönüşünün qarşısını almalıdır.



Son xəbərlər
{sape_links}{sape_article}