Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

«Türkiyə daha bir əməliyyata başlamaq hüququnu saxlayır» – Ərdoğan

Baxılıb: 654     Tarix: 31-10-2019 09:06   

Qanunvehedef.az Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə, qardaş ölkənin prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, Türkiyə Rusiya ilə birlikdə cümə günü Suriyanın şimal-şərqində patrul xidməti həyata keçirməyə başlayacaq.
Prezident əlavə edib ki, «lazım olduğu anda» təhlükəsizlik zonasını «genişləndirəcəklər» («Anadolu»). Xəbər verildiyi kimi, Türkiyə oktyabrın 9-da Suriyanın şimalında «Sülh çeşməsi» əməliyyatına başlayıb. Əməliyyatın məqsədi kürdlərin silahlı dəstələrini Türkiyə sərhədindən 30 kilometr məsafəyə «tullamaq»dan ibarət olub. Ardınca isə yüz kilometrlərlə uzanan bu zolaqda 2 milyon suriyalı qaçqının yerləşdirilməsi nəzərdə tutulmuşdu.
Oktyabrın 17-də ABŞ-la razılaşmadan sonra, türklər əməliyyatı dayandırıblar, bir qədər sonra isə Rusiya ilə belə bir razılaşma əldə olunub ki, Suriyanın şimal-şərqində Rusiyanın hərbi polisi patrul xidməti həyata keçirəcək və Suriya hərbçiləri ilə birlikdə kürdlərin bu ərazilərdən çəkilməsini izləyəcəklər.
«Əgər terrorçular Türkiyə sərhədinə 30 kilometr məsafəyə qədər yaxınlaşsalar, Türkiyə Suriyada hərbi əməliyyatı bərpa etmək hüququnu özündə saxlayır» – Ərdoğan bəyan edib.
O, eyni zamanda, kürdləri «Suriyanın digər rayonlarından hücuma keçmək» cəhdlərindən çəkinməyə çağırıb.шаблоны для dle 11.2