Xəbər lenti
26/08/2025 [13:15]
Sabah yağış yağacaq
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Türkiyədə seçkilərlə bağlı xaricdəki səsvermə I turdakı rəqəmləri ötüb

Baxılıb: 592     Tarix: 25-05-2023 10:22   

Türkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu üçün xaricdə keçirilən səsvermə prosesi başa çatıb.
Qanunvehedef.az “TRT Haber”ə istinadən xəbər verir ki, səslərin sayı birinci turdakını keçərək 1 milyon 889 min 398-ə çatıb.
Belə ki, mayın 20-dən etibarən xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları nümayəndəlik və gömrüklərdə yaradılmış seçki qutularında səs veriblər.
Mayın 14-də keçirilən prezident seçkilərinin birinci turu üçün xaricdə və gömrükdə verilən 1 milyon 839 min 470 səs ikinci turda 18 səs artıb.
Qeyd edək ki, prezident seçkilərinin ilk turunda səsvermə prossesi 13 gün davam etmişdi. Belə ki, mayın 14-də keçirilmiş birinci turla bağlı xaricdə yaşayanlar aprelin 27-dən mayın 9-dək xarici nümayəndəliklərdə, mayın 14-ü saat 17:00-dək isə gömrükdə səs veriblər.
Seçkilərin birinci turu üçün 1 milyon 691 min 287-si xarici nümayəndəliklərdə, 148 min 183-ü gömrük qapılarında olmaqla, xarici seçici siyahılarında qeydə alınmış cəmi 1 milyon 839 min 470 seçici səsverməyə qatılıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
https://mostbet-giris-az1.com/
Redaktor seçimi
Çox oxunanlar