Xəbər lenti
28/10/2026 [10:58]
Bu gün 5 matç var
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Rusiyalı hakerlər Ukraynaya tank hazırlayan şirkətin saytını məhv etdilər

Baxılıb: 894     Tarix: 05-06-2024 15:17   

Rusiyalı hakerlər Ukrayna üçün tanklar hazırlayan İspaniya şirkətinin saytına kiberhücum ediblər.
Qanunvehedef.az xarici mediaya istinadən xəbər verir ki, Ukraynaya çatdırılmaq üçün “Leopard” tanklarını təmir edən İspaniyada fəaliyyət göstərən “Santa Barbara Systems” şirkəti kiberhücuma (DDoS) məruz qalıb və saytı məhv edilib.
Teleqram messencerindəki “NoName” haker qrupu hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
“Santa Barbara” İspaniya ordusu üçün “Leopard” tankları və artilleriya avadanlığı kimi ağır maşınları yığır və “Leopard” tanklarının Ukrayna ordusuna çatdırılması üçün onları təmir edir.
Qeyd edək ki, NATO keçən ay Rusiyanın üzv ölkələrdə şirkətlərə və infrastruktura qarşı gücləndirilmiş hibrid hücum kampaniyasının arxasında olduğunu bildirib. Rusiya isə bu ittihamı “yanlış məlumat” kimi rədd edib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar