Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ermənistanın Baş naziri Paşinyan Moskvadan bahalı hədiyyələrlə qayıdıb

Baxılıb: 812     Tarix: 08-01-2025 11:40   

Məlum olduğu kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan ötən il dekabrın 13-də Moskvada Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edib. Ermənistanın hökumət başçısı sözügedən iclas çərçivəsində həmkarlarından bahalı hədiyyələr alıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı ölkənin yerli "Joxovurd" qəzeti yayıb.
Bildirilib ki, Rusiyanın Baş naziri Mixail Mişustin Paşinyana dəyəri 1,6 min dollar olan 6 nəfərlik "Qış nağılı" adlı yemək dəsti hədiyyə edib.
Özbəkistanın Baş naziri Abdulla Aripov isə erməni həmkarına ölkənin Xivə şəhərində divarlarla əhatə olunmuş daxili şəhər İtçan Kalanın mis üzərində oyma ilə yaradılmış təsvirini hədiyyə edib. Hədiyyənin dəyəri 1,5 min dollar olaraq qiymətləndirilir.
Qırğızıstanın hökumət başçısı Akılbek Japarov isə Paşinyana üzərində Xor-Virap monastrının təsvir edildiyi rəsm əsəri bağışlayıb. Bu rəsmin qiyməti isə 200 dollar təşkil edir.
Paşinyanın isə öz növbəsində həmkarlarına nə hədiyyə etdiyi açıqlanmayıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar