Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Rusiyada Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verildi

Baxılıb: 1 860     Tarix: 05-02-2025 11:23   

Bu gündən etibarən Rusiyanın Daxili İşlər Nazirliyinin əməkdaşları əcnəbi vətəndaşların inzibati qaydada ölkədən çıxarılması barədə qərar qəbul edə biləcəklər.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı Rusiya DİN yayıb.
Bundan əvvəl qanunsuz miqrantların ölkədən çıxarılması barədə qərarı yalnız məhkəmələr verə bilirdi.
Bununla yanaşı, bu gündən başlayaraq sərhəd nəzarətindən keçərkən Rusiyaya giriş və ya çıxış qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmə tədbirləri tətbiq ediləcək.
Belə ki, bu qaydanın pozulmasına görə adi vətəndaşlar 2000 – 5000 rubl, vəzifəli şəxslər 30 000 – 50 000 rubl, hüquqi şəxslər isə 400 000 – 800 000 rubl arasında cərimə ediləcəklər.
Eyni zamanda, fevralın 5-dən Rusiyada qeyri-qanuni olan əcnəbilərin ölkədən çıxarılması ilə bağlı miqrasiya rejimi qüvvəyə minir. Bu tədbirlər çərçivəsində, qanunsuz miqrantlar xüsusi reyestrə daxil ediləcəklər və sözügedən reyestr bir sıra məhdudiyyətlər, qadağalar, eləcə də deportasiyanı nəzərdə tutur. 
Xatırladaq ki, ötən il Rusiyada 80 mindən çox miqrant miqrasiya qaydalarını pozduğuna görə, məcburi qaydada ölkədən çıxarılıb. 2023-cü ildə isə bu rəqəm 44,2 mindən bir qədər çox təşkil edib.

Qəni Hüseynovшаблоны для dle 11.2



Mostbet