Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Sərhədçilərimiz qisas aldı: erməni ordusu itki verdi

Baxılıb: 599     Tarix: 04-10-2019 10:57   

Ermənistan ordusu Tavuş vilayəti istiqamətində itki verib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Musavat.cominformasiya yayıb. Erməni mediası Azərbaycan əsgərlərinin açdığı cavab atəşi nəticəsində muzdlu əsgər Muşeq Jirayroviç Abovyan başından güllə yarası aldığını yazıb. Məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan da təsdiqləyib.
Tavuş vilayətinin Koxb kənd sakini olan M.Abovyanın 28 yaşı var imiş.
Xatırladaq ki, bundan öncə Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində iki erməninin yaralandığı bildirilmişdi. “S.X adlı hərbi qulluqçu sağ çiynindən aldığı güllə yarası ilə xəstəxanaya yerləşdirilib”, - Noyemberyan şəhərinin tibbi mərkəzinin direktoru Qarunik Qaşyan demişdi.
Onun sözlərinə görə, oktyabrın 2-si səhər saatlarında yaralı hərbi hospitala köçürülüb.
Ermənistan Müdafiə Nazirliyi daha bir nəfərin yaralanması ilə bağlı məlumat yaysa da, kimliyini açıqlamamışdı.
Qeyd edək ki, Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskovatorun sürücüsü Abışov Səfərəli Ələkbər oğlu Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində 2 oktyabrda həlak olub. 1958-ci il təvəllüdlü Abışov Səfərəli 3 oktyabrda doğulduğu Masallı rayonunun Əmirtürbə kəndində dəfn edilib.шаблоны для dle 11.2