“Sülh çeşməsi”: kim əleyhinə, kim lehinədir? - Siyahı
Baxılıb: 582 Tarix: 14-10-2019 11:27
Türkiyə 5 gündür Suriyada “Sülh çeşməsi” əməliyyatına başlasa da, artıq dünya onun tərəfdarları və əleyhdarları olaraq iki yerə bölünüb.
Qanunvehedef.az xəbər verir ki, Türkiyə əməliyyatın terrorizm əleyhinə, öz təhlükəsizliyinin təmin edilməsi üçün aparıldığını, Suriyanın ərazi bütövlüyünün əsas hədəf olduğunu və suriyalı qaçqınların təhlükəsizlik bölgəsində yerləşdiriləcəyini açıqlayıb. Buna baxmayaraq, əməliyyatın ilk günündən bir çox ölkələr məhz “Suriyanın ərazi bütövlüyü”ndən narahatlıq ifadə edirlər.
Ankaranın əməliyyatına qarşı mövqe, xüsusilə, Avropa Birliyində formalaşıb. AB ölkələri Ankaranı təkcə əməliyyatı dayandırmaqla yox, dayandırmayacağı halda sanksiya tətbiq edəcəkləri ilə təhdid edirlər. Türkiyənin əməliyyatına qarşı daha çox Fransa lideri Emmanuel Makron və Almaniya kansleri Angela Merkel aktivlik nümayiş etdirir.
ABŞ-da isə əməliyyatla bağlı ikitirəlik yaranıb. Belə ki, ABŞ hökuməti rəsmən əməliyyatı dəstəkləmədiyini açıqlayıb, amma əməliyyatlara müdaxilə etməyəcəyini, yalnız Türkiyənin razılaşdırılan həddi aşacağı təqdirdə Ankaraya embarqo tətbiq edəcəyini bildirib. ABŞ-ın qanunverici hakimiyyəti daha sərt mövqe tutub və təcili olaraq Ağ Evdən Suriyanın şimalındakı kürd qruplaşmalarını Türkiyəyə qarşı dəstəkləməsini tələb edib.
Ərəb ölkələri də Misirin rəhbərliyi altında Türkiyəyə qarşı aktivləşiblər. “Sülh çeşməsi” əməliyyatının başlanmasından sonra ərəb ölkələri Ankaranın addımının Suriyanın “ərazi bütövlüyünü pozduğunu” bəyan ediblər.
Beləliklə, “Sülh çeşməsi” əməliyyatının əleyhdarları:
ABŞ
Fransa
Böyük Britaniya
Almaniya
Rusiya
Kanada
Belçika
Niderland
Polşa
Finlandiya
İsveç
Danimarka
BƏƏ
Səudiyyə Ərəbistanı
Misir
İran
İordaniya
Livan
İraq
Bəhreyn
Norveç
Çin
Portuqaliya
İsveçrə
Tunis
Mərakeş
Rumıniya
Əlcəzair
Yəmən
Yunanıstan
Avstraliya
Əməliyyata dəstək verənlər:
Azərbaycan
Qətər
Pakistan
Venesuela
Macarıstan
Şimali Makedoniyanın Türk Milli Birlik Hərəkatı
Serbiyanın Sancaq Demokratik Hərəkat Partiyası
Gözlənilməz mövqelər
Əməliyyatla bağlı ən maraqlı mövqe Şimali Kipr və Fələstindən gəlib. Şimali Kipr əməliyyatı dəstəklədiyini açıqlasa da, ölkə Prezidenti Mustafa Akıncının dolayısı yolla Türkiyəni əməliyyatı dayandırmağa səsləməsi Ankaranın sərt etirazına səbəb olub.
Ən maraqlı mövqeni isə Fələstin sərgiləyib. Fələstin Xarici İşlər Nazirliyi “Sülh çeşməsi” barədə heç bir açıqlama verməyəcəyini açıqlayıb.
Türk Şurası və Orta Asiya ölkələri hələ mövqe bildirməyiblər.
Ən çox oxunanlar
Son xəbərlər