Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Yeni PA rəhbəri nə vaxt bilinəcək? – Zahid Oruc

Baxılıb: 780     Tarix: 24-10-2019 13:45   

Prezident Administrasiyası həm hökumətin, həm də dövlətin təşəbbüslərinin, ideyalarının, istəklərinin, layihələrinin məcmusu olaraq, mühüm mərkəzi rola malikdir.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc “Azadlıq” radiosuna müsahibəsində deyib. O bildirib ki, Administrasiyanın yeni rəhbərinin kimliyi yaxın günlərdə məlum olacaq:
“Nə qədər ki tənzimləyicilik önəmli olacaq, şəxsi maraq konfliktləri kənarda, Azərbaycanın maraqları isə öndə tutulacaq və nə qədər ki peşəkarlığa meydan veriləcək, kadrlarla çalışanda emosiyalara deyil, soyuqqanlı hesablamalara, dayanıqlı addımlara önəm veriləcək, o zamana qədər aparat bu işdə aktiv rol oynayacaq, qabaqcıl mövqe tutacaq. Ötən onillər ərzində Prezident Administrasiyasının dövlət başçısının siyasi tapşırıqlarının, qərarlarının, cari addımlarının və perspektiv plan, proqramlarının icra edilməsində mühüm rol oynamasının şahidiyik. Ümidvaram ki, yeni təyin olunacaq şəxs də bu sistemin içərisindən çıxmış biri olacaq və belə olan halda o, dövlət başçısının dəsti-xəttinə, üslubuna yaxın bir insan kimi bu ölkənin gələcək həyatında öz gücünü və imkanlarını səfərbər edəcək. Uzun illər ərzində müxtəlif konspirasiya quran qüvvələr dünən Prezident İlham Əliyevin Ramiz Mehdiyevi qəbul edərkən söylədikləri sözləri, emosiyaları, bir-birinə xitab edərkən nitqlərini təhlil etsələr, yaxşı olar.
Prezident kadrları təyin edərkən də, azad edərkən də dəqiq varislik ənənələrini bərqərar edir. Siz bilirsiniz ki, insanlar sabiq məmura çevriləndən sonra vəzifə kultu vardı. Lakin sonrakı dövrdə müəyyən qruplar yaranır ki, onlar informasiya atəşinin altına düşür və sabiq məmurların üzərindən dövlət, hakimiyyət vurulmağa başlayır. Elə obrazlar yaradılır ki, bu vasitədən dövlət ziyan çəkir. Ölkə rəhbəri qəbullar vasitəsilə bu ənənəni təbliğ edir ki, hər bir nazir özündən əvvəlki nazirin - əgər doğrudan da cinayət əməlində günahlandırılmırsa - əlini sıxsın. Yəni varislik kimi bir-birinə ehtiramlarını göstərsinlər və hər gələn özündən əvvəlkini pisləməsin.
Onminlərlə məmur hər gün dövlətin ağır tapşırıqlarını proqramlarını, millətdən gələn çağırışları həll etməlidir. Amma indi elə bir mənzərə var ki, məmur məsələsi Qarabağdan, ölkənin beynəlxalq regional əlaqələrindən ön yeri tutur. Bu, belə olmamalıdır”.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar