Xəbər lenti
24/06/2022 [13:36]
Polislər qan verdi - Foto
Arxiv
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

RUSİYANIN SON İTKİLƏRİ AÇIQLANDI... - Ukrayna Baş Qərargahı son durumla bağlı məlumat yaydı

Baxılıb: 361     Tarix: 23-06-2022 12:43   

“Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələri 34 430 hərbçi itirib”.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında deyilir.

Bildirilir ki, Ukrayna ordusu Rusiya Silahlı Qüvvələrinin 1504 tank, 3 632 zirehli maşın, 756 artilleriya sistemi, 240 reaktiv yaylım atəşi sistemi, 99 hava hücumundan müdafiə sistemi, 216 təyyarə, 183 helikopter, 620 operativ-taktiki PUA, 137 qanadlı raket, 14 gəmi/qayıq, 60 xüsusi texnika, 2548 avtomobilni məhv edib.

Ukrayna Baş Qərargahı gündəlik operativ məlumatında son durum açıqlanıb.
“İyulun 1-dək Ukrayna ilə dövlət sərhədinə yaxın Qomel vilayətində Belarus silahlı qüvvələrinin səfərbərlik təlimi davam etdiriləcək. Bu müddət ərzində ehtiyatda olan çağırışçıların hərbi xidmətə çağırılması məsələsinin işlənib hazırlanması nəzərdə tutulur”- deyə, bildirilib.

Bildirilir ki, Belarus Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri təlim keçirlər: “Əsas diqqət təxribat və kəşfiyyat fəaliyyətinə verilir. Şimal istiqamətində düşmən bölmələrinin Bryansk və Kursk vilayətlərinin sərhədyanı ərazilərində yerləşməsi davam edir. Qarşı tərəf Bayrak və Rubijne yaşayış məntəqələri ərazilərində hava kəşfiyyatı aparıb. Cənubi Buq bölgəsində onlar bütün səylərini qoşunlarımızın Xerson və Nikolayev vilayətlərində əks-hücum əməliyyatları keçirməsinin qarşısını almağa yönəldirlər”.

Məlumata görə, Qara və Azov dənizlərində Qara Dəniz Donanmasının gəmiləri döyüş əməliyyatları və kəşfiyyat zonasının təcrid olunması üzrə tapşırıqları yerinə yetirməkdə davam edir: “Düşmən Qara dənizin şimal-qərbində mülki gəmilərin qarşısını almağa davam edir. Bölmələrimiz müəyyən ərazilərdə raket və artilleriya atəşi tapşırıqlarını yerinə yetirməkdə davam edir.

Ukrayna müdafiəçiləri aktiv döyüş əməliyyatlarının davam etdiyi bütün ərazilərdə Rusiya ordusuna itkilər verirlər”.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar