Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Ukrayna əks-hücum planını Qərbdən gizlədir...” – “Politico”

Baxılıb: 547     Tarix: 03-05-2023 11:37   

“Ukrayna öz müttəfiqlərindən gələcək əks-hücum planının detallarını gizlədir ki, əməliyyata ziyan vuracaq məlumat sızıntısına yol verilməsin”.
Qanunvehedef.az xəbər verir ki, belə bir məlumatı “Politico” nəşri özünün Avropa siyasi dairələrindəki mənbələrinə istinadla yayıb.
Avropalı məmurlar qəzetə bildiriblər ki, xüsusilə də Pentaqonun məlum məxfi sənədlərinin mətbuata sızmasından sonra Ukrayna rəhbərliyi əks-hücum planının detallarını mümkün qədər gizli saxlamağa çalışır.
Ordu rəhbərliyi və siyasi rəhbərlik qoşunların hansı istiqamətdə, nə zaman və hansı sayda yerləşdirilməsi kimi məlumatları öz Qərb tərəfdaşları ilə qətiyyən bölüşmürlər.
“Politico”-ya danışan ukraynalı deputatlardan biri ümumiyyətlə, Ukraynada əks-hücum planının detalları barədə olduqca məhdud sayda şəxsin, rəhbərlikdəki bir neçə nəfərin məlumatlı olduğunu deyib.
“Politico”-nun fikrini öyrəndiyi Pentaqon rəsmisi isə Ukrayna ilə əvvəlki səviyyədə məlumat mübadiləsi apardıqlarını söyləyib. Ancaq Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi Ukrayna rəhbərliyinin hücum əməliyyatının detallarını Qərbdən gizlətdiyi barədə məlumatı dolayısı ilə təsdiqləyib: “Onlar əvvəlcədən nəyisə bizə məlumat verməyə borclu deyillər. ABŞ real vaxt rejimində Ukraynaya kəşfiyyat məlumatları ötürməkdə davam edir. Biz onların əvvəlcədən bizə nəyisə xəbər etməsi üzərində köklənməmişik. Bizim diqqətimiz ona yönəlib ki, onlar hərəkətə keçməyə hazır olan anda lazım olan hər şeylə təmin olunsunlar”.
Maraqlıdır ki, “Politico”-ya açıqlama verən, lakin adı çəkilməyən digər Ağ Ev rəsmiləri Ukraynanın lap əvvəldən heç də ABŞ-la məlumat mübadiləsində həvəsli görünmədiyini qeyd ediblər: “Onlar lap əvvəldən informasiya məsələsində xəsis idilər”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar