Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Paşinyan sülh müqaviləsinə ümid etmir

Baxılıb: 559     Tarix: 11-05-2023 11:42   

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə mayın 14-ü danışıqların planlaşdırıldığı Brüsselə səfərini təxirə salmaq niyyətində deyil.
Qanunvehedef.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Paşinyan hökumətin iclasında açıqlayıb. Paşinyan sözügedən görüşdə iki ölkə arasında sülh müqaviləsinin imzalanacağını güman etmədiyini bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl “Financial Times” qəzeti mayın 14-ü Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında görüşün keçiriləcəyi barədə məlumat yayıb.
Xatırladaq ki, mayın 10-u axşam saatlarında və mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutur. Ermənistanın qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar