Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Növbəti Əliyev-Paşinyan görüşündən nə gözlənilir? – “Oktyabrın 5-də sənəd imzalanmayacaq”

Baxılıb: 732     Tarix: 18-09-2023 14:24   

“Ermənistan və Azərbaycan oktyabrın 5-də Qranadada sənəd imzalamayacaqlar”.
Qanunvehedef.az “AzPolitika.info”-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.
“Təəssüf ki, yox, çünki sənədin imzalanması planlaşdırılsaydı, bu o demək olardı ki, biz bu sənədin Ermənistan Respublikasının balanslaşdırılmış maraqlarına uyğun olduğunu hesab edirik və onu imzalamağa hazırıq”, - Paşinyan bildirib.
“Ermənistan bəyan edib ki, onun prioriteti sülh gündəmidir və o, Azərbaycanla mümkün qədər tez, məsələn, ilin sonuna, gələn ilin əvvəlinə qədər sülh sazişi imzalamaq istəyir”, - Nikol Paşinyan vurğulayıb.
“Biz bunun üçün hər şeyi edirik. İndi, məsələn, mən sizə həqiqətən demək istərdim ki, bəli, sənəd Qranadada imzalanacaq, amma təəssüf ki, yox. Ümid edirik ki, intensiv danışıqları davam etdirəcəyik və problemimizin həllinə nail olacağıq” - deyə, o, bildirib.
Xatırladaq ki, bu yaxınlarda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında danışıqların Avropa Siyasi Birliyinin sammiti çərçivəsində oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə baş tuta biləcəyini istisna etməyib. Hələ may ayaında elan olunmuş danışıqlarda Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun iştirak edəcəyi bildirilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftənin əvvəlində regionda sülh və təhlükəsizlliyə  dair Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin dördtərəfli görüşünün keçirilməsini təklif edib.
Jurnalistlər Paşinyandan bu təklifi alıb-almadığını soruşublar. Ermənistanın Baş naziri isə erməni tərəfinin bunu alıb-almamasını dəqiqləşdirməyib, sadəcə deyib: Müxtəlif təkliflər və fikirlər var. Mən bu fikirlərdən birini xüsusi qeyd etmək istəmirəm. Məsələ burasındadır ki, mənim münasibətimi bildirməyim üçün yeganə məsələ bu deyil. Düşünürəm ki, buna bütövlükdə baxmaq
 lazımdır”.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar