Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

HƏMAS-ın hücumuna görə kim məsuliyyət daşıyır?

Baxılıb: 440     Tarix: 17-10-2023 12:11   

Oktyabrın 7-də baş vermiş HƏMAS-ın terror hücumundan sonra qismən özünə gələn İsrail cəmiyyətində bu hücuma görə ölkə rəhbərliyində kimlərin məsuliyyət daşıdığı, belə bir aktın qarşısını əvvəlcədən kimlərin almalı olduğuna dair diskussiyalar qızışır. Artıq bir çox hökumət üzvləri, nazirlər, xüsusi xidmət və təhlükəsizlik orqanları rəhbərləri belə bir hücumun mümklünlüyünü nəzərdən qaçırdıqları üçün məsuliyyət daşıdıqlarını etiraf ediblər.
Qanunvehedef.az İsrail mətbuatına istinadla xəbər verir ki, İsrailin “Şin Bet” təhlükəsizlik xidmətinin başçısı Ronen Bar HƏMAS-ın hücumuna görə məsuliyyəti öz üzərinə götürüb. O, İsrail təhlükəsizlik orqanlarının bu hücumun qarşısını zamanında almadığı, bundan xəbər tutmadığı üçün məsuliyyət daşıdığını deyib.
Qeyd edək ki, bundan öncə İasrail ordusunun Baş Qərargah rəisi, Milli Təhlükəsizlik müşaviri, hökumətin bir neçə üzvü, hətta Maliyyə və Təhsil nazirləri də bu uğursuzluğa və faciəyə görə məsuliyyət daşıdıqlarını bəyan ediblər.
Ancaq maraqlıdır ki, nə Baş nazir Benyamin Netanyahu, nə də Müdafiə naziri Yoav Qallant belə bir bəyanatla çıxış etməyiblər və bu dəhşətli hadisəyə görə məsuliyyətlərini etiraf etməyiblər.
Xatırladaq ki, HƏMAS-ın 7 oktyabr hücumundan sonra Netanyahu hökumətinin reytinqi kəskin şəkildə düşüb. Son sorğuların nəticələrinə görə, israillilər müxalif namizədə Netanyahudan iki dəfə artıq səs verməyə hazırdırlar.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar