Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ermənistan daha bir KTMT iclasında iştirak etməyəcək

Baxılıb: 717     Tarix: 05-12-2023 13:41   

Ermənistan parlamentinin spikeri Alen Simonyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Parlament Assambleyasının dekabrın 19-u Moskvada keçiriləcək iclasında iştirak etməyəcək.
Qanunvehedef.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı A.Simonyanın mətbuat katibi Tsovinar Xaçatryan açıqlayıb.
Onun sözlərinə görə, Simonyan Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinə rəsmi məktub ünvanlayaraq onu bu barədə məlumatlandırıb: “Ermənistan parlamentinin nümayəndə heyəti də iclasda iştirak etməyəcək”.
Xatırladaq ki, bundan əvvəl Ermənistan nümayəndə heyəti noyabrın 23-ü Minskdə keçirilən KTMT sammitində iştirak etməyib. Ermənistanın Baş naziri Nikol Paşinyan sammitdən bir müddət əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı tədbirdə iştirak etməyəcəyini deyib. Bununla yanaşı, ölkənin XİN rəhbəri Ararat Mirzoyan da sammitə getməyib.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar