Rusiya və İran Prezidentləri 5 saat nədən danışıblar? – Putinin yenə “gözləri yaşarıb”...
Baxılıb: 743 Tarix: 08-12-2023 13:00
İran Prezidenti İbrahim Rəisi və Rusiya Prezidenti Vladimir Putin Moskvada 5 saat danışıq aparıblar.
Qanunvehedef.az “AzPolitika.info”-a istinadən xəbər verir ki, tərəflər Qəzzada baş verən hadisələr, ikitərəfli siyasi, iqtisadi əlaqələri müzakirə etsələr də, hərbi əməkdaşlıq mövzularına toxunmayıblar. Hər halda görüş barədə mətbuata verilən informasiyada belə deyilir.
Rusiya Prezidenti bundan bir gün əvvəl Yaxın Şərq ölkələrinin (Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı) liderləri ilə sislilə görüşlər keçirib, İbrahim Rəisinin Moskvaya səfəri bu təmasların bir hissəsidir.
Moskvada danışıqlar başlayarkən nə Rusiya, nə də İran liderləri Tehran və Moskva arasında artan hərbi əməkdaşlığı qeyd etməyiblər, gündəmdə iqtisadi əməkdaşlıq, o cümlədən neft-qaz sahəsində mövcud durum, perspektivlər olub.
Putin Yaxın Şərqdəki, xüsusən də Fələstin ərazilərindəki vəziyyəti müzakirə etməyin böyük əhəmiyyətini vurğulayıb. Rəisi İsrailin Qəzza zolağındakı hərəkətlərini “insanlığa qarşı cinayət” adlandırıb. İran Prezidenti İsrailin ABŞ və Qərb tərəfindən dəstəklənməsini daha acınacaqlı durum adlandırıb. Putin əvvəllər işlətdiyi düsturu təkrarlayıb: Qəzzada əziyyət çəkən uşaqları görmək “gözlərimi yaşardır”. Qərb hökumətləri Rusiyanın işğalı nəticəsində Ukraynada minlərlə mülki şəxsin həlak olması fonunda bu cür şərhləri ikiüzlülük adlandırır.
Rusiyanın TASS dövlət agentliyi indiyədək Rusiya-İran danışıqlarını təvazökarlıqla işıqlandırıb. Rəsmi məlumatların əsas hissəsi Putinlə Rəisinin 2022-ci ilin sentyabrında Səmərqənddə keçirdiyi görüşünə həsr edib. Danışıqların təfərrüatları barədə məlumat verilməyib.
Qərb ölkələri və Ukrayna əmindirlər ki, Rusiya Ukraynaya qarşı İran istehsalı olan “Şahed” dronlarından fəal şəkildə istifadə edir. Son vaxtlar Rusiyada belə dronların istehsalı müəssisələri qurulub.
Rusiya Suriyada da İranla əməkdaşlıq edir, hər iki ölkə Bəşər Əsəd rejimini dəstəkləyir.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər