Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Cəbrayıl və Qubadlıda modul tipli xəstəxanalar quraşdırılacaq

Baxılıb: 502     Tarix: 14-12-2023 14:00   

İcbari Tibbi Sığorta Agentliyi tərəfindən 5 illik dövrü əhatə edən strateji plan hazırlanır.
Qanunvehedef.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Agentliyin illik fəaliyyəti və strateji hədəfləri mövzusunda mətbuat konfransında bildirib.
“Hədəfimiz sığorta çərçivəsində daha çox tibbi xidməti əhatə edərək vətəndaşlara vaxtında, keyfiyyətli xidmətləri təqdim etməkdir. Əhalinin tibbi xidmətlərə olan ehtiyaclarının müəyyən olunması üçün mövcud situasiyanın analizi, xəstələnmə səviyyəsinin və buna uyğun tibbi xidmət tələbinin müəyyən olunması üzərində çalışılacaq”, - sədr əlavə edib.
Qurum rəsmisi onu da bildirib ki, işğaldan azad olunmuş ərazilərdə tibbi xidmətlərin təşkili və səhiyyə sisteminin inkişafı, həmin ərazilərdə yaşayan və işləyən sakinlər üçün tibbi xidmətlərin təşkili məqsədilə müvəqqəti olaraq Agentlik tərəfindən modul tipli xəstəxanaların quraşdırılması həyata keçirilir.
“2021-ci ildən başlayaraq Şuşa, Zəngilan, Laçın, Ağdam və Hadrutda modul tipli xəstəxanalar quraşdırılıb. Gələn il Cəbrayıl və Qubadlı rayonlarında modul tipli xəstəxanaların quraşdırılması nəzərdə tutulub”, - deyə Z.Əliyev fikirlərini yekunlaşdırıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar