Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Qarabağ” bu gün Xankəndidə meydana çıxacaq - Tarixi oyun

Baxılıb: 658     Tarix: 21-12-2023 11:37   

Bu gün Xankəndi şəhərində tarixi oyun keçiriləcək.  Ağdamın “Qarabağ” komandası Azərbaycan kubokunun 1/8 final mərhələsindəki oyunu adını daşıdığı Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən olan Xankəndidə keçirəcək. “Qarabağ” MOİK-lə üz-üzə gələcək.
Xankəndi stadionunda reallaşacaq qarşılaşma saat 14:00-da başlayacaq. Matçın qalibi 1/4 finalda “Sabah”la qarşılaşacaq. Oyunu yüzlərlə tamaşaçı stadiondan canlı izləyəcək.
Xatırladaq ki, bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun olacaq. Son dəfə işğal altında olmuş ərazilərdə oyun 1993-cü ilin may ayında Azərbaycan çempionatında “Qarabağ”la “Turan” (“Turan Tovuz”) arasında olub.
Ağdamın “İmarət” stadionunda keçirilmiş həmin matçda “Qarabağ” 2:1 hesabı ilə qələbə qazanıb. Bu oyundan iki ay sonra Ağdam işğal edilib.
“Qarabağ” - MOİK qarşılaşmasından başqa bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsi çərçivəsində “Neftçi” - “Qaradağ Lökbatan” matçı da keçiriləcək. Bu, 1/8 final mərhələsinin son oyunu olacaq. Qarşılaşma Bakı vaxtı ilə 18:00-da başlayacaq. Bu cütdən qalib ayrılacaq komanda növbəti mərhələdə “Sumqayıt”a rəqib olacaq.(oxu.az)
Qeyd edək ki, mərhələnin əvvəlki matçlarından sonra 1/4 finalda iki cütlük müəyyənləşib. Yarımfinala vəsiqə uğrunda “Səbail” “Zirə” ilə, “Araz-Naxçıvan” isə “Qəbələ” ilə qarşılaşacaq.


Qanunvehedef.az
шаблоны для dle 11.2



buy yes2win seo ranking