Xəbər lenti
21/08/2026 [12:58]
Sabah 40° isti olacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

PKK PANİKA İÇİNDƏ - Tankerlərlə bölgədəki nefti çıxarmağa çalışırlar (FOTOLAR)

Baxılıb: 749     Tarix: 19-01-2024 15:09   

Türkiyə Silahlı Qüvvələrinin PKK terror təşkilatının Suriyadakı neft obyektlərinə etdiyi hücumlar terrorçuları və himayədarlarını böyük qorxuya salıb.
Qanunvehedef.az xəbər verir ki, bölgədən paylaşılan yeni fotolarda PKK-nın ABŞ himayəsi altında Suriyanın Qamışlı bölgəsindən tankerlərlə neft daşıdığı görülüb.
Daşınan neftin Qamışlı şəhərinin şərqində yerləşən Rimeylan və Kahtaniye neft yataqlarından tankerlərə doldurulduğu məlum olub. Fotolarda tankerlərin Qamışlı şəhərinin dairəvi yolundan yaşayış massivlərinin daxili hissələrinə doğru hərəkət etdiyi görünür.
Qeyd edək ki, yanvarın 13-də Türkiyə Silahlı Qüvvələrinə məxsus təyyarələr Qamışlı şəhərində separatçı terror təşkilatı PKK-nın nəzarətində olan 4-dən çox neft hasilatı obyektini vurub.



Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar