Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Baş nazirdən Şuşa ilə bağlı - Sərəncam

Baxılıb: 788     Tarix: 23-01-2024 13:24   

“Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiqlənib.
Qanunvehedef.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Sərəncam imzalayıb.
Sərəncama əsasən, Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üzrə əlaqələndirici orqan Mədəniyyət Nazirliyi müəyyən edilib.
Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlər Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində aidiyyəti icraçı qurumlar üçün ayrılmış vəsaitlər və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirməlidir.
Sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə həvalə edilib.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar