Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Mixail Saakaşvili 9 il azadlıqdan məhrum edildi

Baxılıb: 686     Tarix: 12-03-2025 11:20   

Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili 9 il müddətə azadlıqdan məhrum edilib.
Qanunvehedef.az Gürcüstan mediasına istinadən xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsində keçirilən prosesdə hakim Badri Koçlamazaşvili onu 9 milyon lari dövlət vəsaitini mənimsəməkdə təqsirli bilib.
Prokurorluq iddia edib ki, 2009-cu il mayın 1-dən 2013-cü il fevralın 25-dək M. Saakaşvilinin göstərişi və təşkilatçılığı ilə onun şəxsi məqsədləri üçün dövlət büdcəsindən 9 milyon lari (həmin illərdə təxminən 5,4 milyon dollar) mənimsənilib.
Onu da bildirək ki, Saakaşvili barəsində 2007-ci ilin noyabrında baş verən hadisələr və ölkə sərhədini qanunsuz keçməsinə dair başladılan işlər üzrə məhkəmə prosesləri davam etdirilir.
Xatırladaq ki, 57 yaşlı Saakaşvili 2021-ci il oktyabrın 1-də gizli şəkildə getdiyi Tbilisidə saxlanılıb. Saxlanıldığı gün aclıq aksiyasına başlayan keçmiş prezident 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. Saakaşvili 2022-ci ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə “Vivamed” klinikasına köçürülüb.
Gürcü siyasətçi iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub. O, hazırda az qidalanma səbəbindən yaranan kaxeksiya xəstəliyindən müalicə olunur. Həkimlər onun səhhətinin getdikcə yaxşılaşdığını qeyd edib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}