Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Şəfiqə Nağıyevanın oğlu: "Anam xəsarət aldığı üçün..."

Baxılıb: 573     Tarix: 06-06-2023 10:56   

Tanınmış vəkil Şəfiqə Nağıyeva qəza keçirib.
BAKU.WS xəbər verir ki, ötən gün axşam məclislərdən birindən çıxan vəkil yolu keçmək istəyərkən onu avtomobil vurub.
Şəfiqə Nağıyeva ilə əlaqə saxlayıb səhhəti ilə maraqlanmaq istədik. Vəkilin oğlu Samir bəy BAKU.WS-ə açıqlamasında anasının səhhətinin yaxşı olduğunu deyib:
"Bildiyiniz kimi ötən gün anam bədbəxt hadisə ilə üzləşib. Qəza zamanı anam xəsarət aldığı üçün onu təcili olaraq xəstəxanaya çatdırıblar. Daha sonra xəstəxanadan evə buraxılıb. Səhhəti yaxşıdır. Hadisənin necə baş verdiyi haqqında dəqiq nəsə deyə bilmirəm. Çünki həmin vaxt orada olmamışam".
Xatırladaq ki, Şəfiqə Nağıyevanın qəzaya düşməsi ilə bağlı ilk məlumatı "Show_news" instaqram səhifəsi yayıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar