Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Adımdan paylaşılan statuslar mənə məxsus deyil” – Mariya Stadnik

Baxılıb: 599     Tarix: 01-10-2019 14:53   

“Mənim öz “Facebook” səhifəm yoxdur. Səhifələrdə adımdan paylaşılan statuslar isə mənə məxsus deyil”.
Bunu “Report”a açıqlamasında Azərbaycanın qadın güləşi üzrə 2 qat dünya, 7 qat Avropa çempionu, 3 qat olimpiya mükafatçısı və Avropa Oyunlarının ikiqat qalibi Mariya Stadnik deyib.
31 yaşlı idmançı bildirib ki, onun adından açılan səhifələrin admininin tapılması üçün Azərbaycan Güləş Federasiyası adından müvafiq qurumlara müraciət olunub: “Özüm hazırda Ukraynadayam. Federasiyamızla əlaqə saxlayaraq, xahiş etdim ki, mənim adıma açılan profillər silinsin. Kimsə şəxsi “Instagram” səhifəmdən fotolar paylaşır və hamı, hətta öz yaxınlarım da elə düşünür ki, bunları mən paylaşıram. Mənim “Facebook” səhifəm yoxdur. Özüm yararlanmıram, ərimin səhifəsinə hərdən girib baxıram”.



Son xəbərlər
{sape_links}{sape_article}