Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Azərbaycanın sərbəst güləş yığması dünya çempionatında 3-cü yeri tutub

Baxılıb: 720     Tarix: 31-10-2019 08:33   

keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatında sərbəst güləş üzrə mübarizə başa çatıb.
“Report” Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, mundiala 8 idmançıyla yollanan yığmamızın 5 üzvü fəxri kürsüyə qalxıb.
Turan Bayramov (65 kq) qızıl, Abubakr Abakarov (79 kq) və Hacımurad Məhəmmədsəidov (86 kq) gümüş, Əfqan Xaşalovla (57 kq) Davud İbrahimov (70 kq) isə bürünc medal qazanıb.
Ümumilikdə komandamızın topladığı xal 111-ə bərabər olub. Bu nəticəylə millimiz dünya üçüncüsü olub. Rusiya (145) birinci, İran (139) isə ikinci yeri tutub.
Qeyd edək ki, 1 qızıl, 2 gümüş və 2 bürünc medal 2017-ci ildən keçirilən analoji yarışlarda Azərbaycanın sərbəst güləş yığmasının ən yaxşı nəticəsidir.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar