Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Kasparovu məğlub edən azərbaycanlı məmur kimdir?

Baxılıb: 860     Tarix: 03-01-2021 14:19   

SSRİ-də ən güclü şahmatçı olan Harri Kasparovu karyerasının ən yaxşı vaxtında azərbaycanlı məmur məğlub edibmiş.
Kult.az xəbər verir ki, bu barədə tanınmış siyasi xadim, sabiq baş nazir, hazırda ölkəmizin Polşadakı səfiri Həsən Həsənov müsahibələrinin birində deyib.
Həsənov qeyd edib ki, Azərbaycandan olan nümayəndə heyəti ilə bir gün Moskvaya gediblərmiş:
“İlk olaraq Kremldə Heydər Əliyevlə görüşdük. Heyətə mən rəhbərlik edirdim. Uzun-uzadı söhbətdən sonra Əliyev salona Bakı ermənisi olan Harri Kasparovu dəvət etdi. Heydər Əliyev Kasparova dedi ki, burada bir nəfər var, peşəkar olmasa da, yaxşı şahmat oynayır”.
Təsadüfi bir məsələ üçün Kremldə olan Kasparov və Azərbaycan Dövlət Plan Komitəsinin sədri olan həmin məmur masa arxasında əyləşir. Oyun başlayan andan Kasparov üstünlüyü ələ alır.
“Ancaq daha sonra sanki hər şey dondu. Oyun uzandıqca uzandı. Gedişlər gedişləri izləyir, biz isə sakit şəkildə həm işlərimizlə məşğul olur, həm də bir yandan oyunu seyr edirdik.
Uzun oyun sonunda həmin azərbaycanlı məmur “Mat!” deyərək eynəklərinin altından sakitcə gülümsədi və ayağa qalxdı. O möhtəşəm dünya çempionu bizim məmura məğlub olmuşdu. Hamımız çaşqınlıq içindəydik ki, Kasparovun xeyrinə başlayan oyun birdən necə əks istiqamətə çevrildi”.
Qeyd edək ki, həmin azərbaycanlı məmur Artur Rasizadə olub.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar