Xəbər lenti
04/09/2026 [14:38]
Sabah yağış yağacaq
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“Neftçi” və “Sabah”ın rəqibləri artdı

Baxılıb: 642     Tarix: 25-05-2023 10:32   

Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Neftçi” və “Sabah”ın II təsnifat mərhələsində potensial rəqiblərinin sayı artıb.
Qanunvehedef.az xəbər verir ki, püşkatma zamanı səpələnmişlərdə yer alacaq “Neftçi”nin mümkün rəqibləri sırasına Rumıniya təmsilçisi “Sepsi” də qoşulub.
Bununla “Neftçi”yə rəqib ola biləcək komandaların sayı 13-ə yüksəlib.
Səpələnməmişlərdə qərarlaşacaq “Sabah” və digər təmsilçimizə (“Qəbələ” və ya “Zirə”) isə daha iki rəqib qoşulub. Bunlar Yunanıstan PAOK-u və Kipr “Omoniya”yasıdı.
Qeyd edək ki, iyunun 21-də II təsnifat mərhələsinin püşkü atılacaq. Komandalarımız ilk oyunlarını iyulun 27-də, cavab görüşlərini avqustun 3-də keçirəcəklər.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi

Səpələnmişlər: “Brügge” (Belçika), “Gent” (Belçika), PAOK (Saloniki, Yunanıstan), “Makkabi (Təl-Əviv, İsrail), “Viktoriya” (Çexiya), “Budo-Qlimt” (Norveç), “Lex” (Polşa), “Hapoel” (Beer-Şeva, İsrail), “Yurqarden” (İsveç), APOEL (Nikosiya, Kipr), “Beşiktaş” (Türkiyə), “Riyeka” (Xorvatiya), “Styaua” (Rumıniya), “Legiya” (Polşa), “Rusenborq” (Norveç), “Spartak” (Trnava, Slovakiya), “Omoniya” (Kipr), “KuPS” (Finlandiya), “Neftçi” (Azərbaycan), “Osiyek” (Xorvatiya)
Səpələnməmişlər: “Beytar” (İsrail), “Hammarbü” (İsveç), “Kalmar” (İsveç), “Kauno” (Litva), “Poqon” (Polşa), “Zalaeqerseq” (Macarıstan), “Keçkemet” (Macarıstan), “Sepsi” (Rumıniya), “Boraç” (Bosniya və Herseqovina), “Sabah” (Azərbaycan), “Ordabasi” (Qazaxıstan), “Aktobe” (Qazaxıstan), “Çelye” (Sloveniya), “Auda” (Latviya)
Qeyri-müəyyənlər: “Aris” (Saloniki, Yunanıstan), “Voyvodina” (Serbiya)



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar