Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Klub prezidenti rəqibin paltardəyişmə otağına silahla girdi

Baxılıb: 717     Tarix: 03-10-2023 13:16   

Türkiyə 2-ci liqasında keçirilən “Vanspor” – “Zonquldak Kömürspor” oyunundan sonra qalmaqallı anlar yaşanıb. Qanunvehedef.az xəbər verir ki, meydan sahiblərinin prezidenti Feyat Kıyakın qarşılaşmadan sonra qonaq komandanın paltardəyişmə otağına silahla girib. 
Bu barədə Zonquldak klubunun sosial şəbəkə hesablarında məlumat paylaşılıb. Bildirilib ki, F.Kıyak soyunub-geyinmə otağına girərək rəqib futbolçuları təhqir edib, hədələyib. Hətta onun futbolçuları döydüyü də açıqlanıb.
“Zonquldak Kömürspor”un mətbuat xidmətinin rəhbəri Şükrü Öztürk bildirib ki, zərbələrdən sonra komandanın qapıçısı Egemen Yaylı təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
“Vanspor”un prezidenti Feyat Kıyak isə iddiaları təkzib edib. O bildirib ki, rəqibin soyunub-geyinmə otağına onları yaxşı oynadıqlarına görə təbrik etmək üçün girib.
Qeyd edək ki, “Vanspor” qarşılaşmadan 1:0 hesablı qalibiyyətlə ayrılıb.

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar