Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Ronaldonun oğlu "Ən-Nəsr"lə müqavilə imzaladı

Baxılıb: 763     Tarix: 20-10-2023 12:43   

Səudiyyə Ərəbistanının "Əl-Nasr" və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun oğlu Ronaldo "Əl-Nəsr" Akademiyasına daxil olub.
Qanunvehedef.az xarici KİV-ə istinadən xəbər verir ki, 13 yaşlı Ronaldo klubun U13 və U15 komandalarına daxil edilib. O, atası kimi 7 nömrə geyinəcək.
Portuqaliya millisinin forvardının oğlunun oktyabrın 20-də "Əl-Nəsr"in U13 komandası ilə ilk oyununu keçirəcəyi gözlənilir.
Qeyd edək ki, kiçik Ronaldo futbol karyerasına İspaniyanın "Pozuelo" klubunda başlayıb və burada iki il ərzində 55 qol vurub. Daha sonra atası ilə birlikdə Turin "Yuventus"una keçib. Orada 28 oyunda 58 qol vurub, 18 məhsuldar ötürmə edib. Yeniyetmənin son klubu İngiltərənin "Mançester Yunayted"i olub.

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar