Xəbər lenti
21/09/2026 [15:13]
Qızıl niyə ucuzlaşır?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Zubir Fransa çempionatından təklif aldı

Baxılıb: 650     Tarix: 25-10-2023 10:08   

“Qarabağ” qış transfer dönəmində aparıcı futbolçusu Abdullah Zubiri itirə bilər. 
Qanunvehedef.az “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi ölkəsinə qayıtmağa yaxındır.
Bildirilir ki, 31 yaşlı sol cinah oyunçusunun hətta Liqa 1-də çıxış etmək ehtimalı yüksəkdir. Adları açıqlanmasa da, Fransa yüksək liqası komandalarının onunla maraqlandığı yazılıb.
Eyni zamanda Səudiyyə Ərəbistanından bir klub da Zubiri heyətinə qatmağı düşünür. Lakin “Lans”ın sabiq oyunçusu Liqa 1-də oynamağa daha meyllidir.
Qeyd edək ki, Abdullah Zubir 2018-ci ildən “Qarabağ”ın formasını geyinir. 31 yaşlı oyunçunun hazırkı anlaşması mövsümün sonunda bitəcək.

Qanunvehedef.az



{sape_links}{sape_article}