Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Neymardan sevənlərinə pis xəbər - FOTO

Baxılıb: 496     Tarix: 02-11-2023 10:23   

Karyerasını Səudiyyə Ərəbistanı Liqasının "Əl Hilal" komandasında davam etdirən Neymardan sevənlərinə pis xəbər gəlib.
Qanunvehedef.az BAKU.WS-ə istinadən xəbər verir ki, o, daha 10 ay yaşıl meydanlardan uzaq qalacaq.
Belə ki, Braziliyanın Uruqvaya səfərdə 2-0 uduzduğu FIFA Dünya Kuboku Cənubi Amerika Seçmələri matçında zədələnən və meydanı göz yaşları içində tərk edən Neymar sabah komanda həkimi Rodriqo Lasmar tərəfindən əməliyyat olunacaq.
Sol dizinin ön çarpaz bağında və meniskində yırtıq diaqnozu qoyulan 31 yaşlı futbolçunun 10 ay meydanlardan uzaq qalacağı bildirilib.
Xatırladaq ki, mövsümün əvvəlində Fransanın Paris Saint-Germain (PSJ) komandasından Səudiyyə Ərəbistanı təmsilçisi "Əl Hilal"a 90 milyon avroya transfer olunan Neymar yeni komamdasında 5 matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar