Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Azərbaycanın futbol klubundan rekord

Baxılıb: 870     Tarix: 13-11-2023 13:34   

Azərbaycan Premyer Liqasının XIII turunda "Neftçi"ni səfərdə 2:1 hesabı ilə məğlub edən "Sumqayıt" yeni nailiyyətə imza atıb.
Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, xallarının sayını 21-ə çatdıran "gənclik şəhəri" təmsilçisi qış fasiləsinə qədər olan dövr üçün mütləq rekorda imza atıb.
Klub heç vaxt fasiləyə kimi bu qədər xal toplamayıb.
Premyer Liqada 2011/12 mövsümündə debüt edən "Sumqayıt" qışadək 14, hətta 18 oyun keçirdiyi vaxtlarda da az xal yığıb. Buna qədər rekord 20 xala bərabər idi. Komandanın hesabında 2012/13 mövsümündə 18, 2017/18 mövsümündə isə 14 matçdan sonra 20 xal olub.
Qeyd edək ki, qış fasiləsinə qədər olan 5 turda sumqayıtlılar bu rekordu yeniləmək imkanına da malikdirlər.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar