Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

“Qarabağ”ın qrupdakı son oyununun biletləri satışda

Baxılıb: 854     Tarix: 28-11-2023 13:27   

Avropa Liqasının qrup mərhələsində dekabrın 14-ü keçiriləcək “Qarabağ” - “Hekken” oyununun (saat 21:45) biletləri iticket.az-da satışa çıxarılıb.
Qanunvehedef.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 250 manatdır.
Satış məntəqələri:
Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
Heydər Əliyev sarayının kassaları;
”Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar