Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

"Qalatasaray" hansı hallarda Çempionlar Liqasında qrupdan çıxar?

Baxılıb: 690     Tarix: 30-11-2023 12:27   

Ötən gecə Çempionlar Liqasının 5-ci həftəsində "Mançester Yunayted"lə matçda əzimkar mübarizə aparan və 3-3 bərabərə qalan "Qalatasaray" qrupdan çıxma şansını saxlayır.
Qanunvehedef.az xəbər verir ki, ölkəmizdə çoxlu sayda azarkeşi olan "CimBom" qrupdan çıxmaq üçün ölüm-qalım görüşünü Danimarkada keçirəcək.
"Qalatasaray" Çempionlar Liqasında qrupdan çıxmaq üçün "Kopenhagen"dən 3 xal almalıdır. Okan Burukun yetirmələri Danimarkadakı görüşdə qalib gəlsə, "Mançester Yunayted" – "Bavariya" matçının nəticəsindən asılı olmayaraq 1/16 finala yüksələcək.
"Qalatasaray"ı qrupdan çıxaran digər ehtimallar isə belədir:
"Mançester Yunayted" "Bavariya"nı məğlub etsə, "Qalatasaray" isə "Kopenhagen"ə qalib gəlsə, "CimBom" növbəti mərhələyə yüksələcək, lakin "CimBom" heç-heçə etsə, ingilislər irəliləyəcək.
"Qalatasaray" heç-heçə edib, "Mançester Yunayted" "Bavariya" ilə xal itirsə, "sarı-qırmızılar" Avropa Liqasında mübarizəni davam etdirəcək.
"Qalatasaray" Kopenhagendə uduzsa, "Mançester Yunayted" "Bavariya"ya qalib gəlsə, "sarı-qırmızılar" Avropa ilə vidalaşacaq./BAKU.WS

Qanunvehedef.azшаблоны для dle 11.2



mostbet az