Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Faiq Qarayev yenidən Azərbaycan yığmasının baş məşqçisi oldu

Baxılıb: 591     Tarix: 26-12-2023 10:35   

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisinin adı dəqiqləşib.
Qanunvehedef.az  “İdman.biz”ə istinadən xəbər verir ki, yığmamız yenidən təcrübəli mütəxəssis Faiq Qarayevə həvalə edilib.
Azərbaycan Voleybol Federasiyasında vitse-prezident postunu tutan 64 yaşlı mütəxəssisin köhnə-yeni işində ilk sınağı Qızıl Avropa Liqasına təsadüf edəcək.
Müxtəlif vaxtlarda millinin baş məşqçisi olan Qarayev son olaraq komandamızı Yaponiyada keçirilən DÇ-2018-ə aparıb. Yığmada sonuncu dəfə bu vəzifəni isə türkiyəli Ataman Güneyligil icra edib. AÇ-2023-də uğursuz çıxış səbəbindən onunla müqavilə artırılmayıb.
Qeyd edək ki, onun təqdimatı dekabrın 27-də olacaq.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar