Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"Qarabağ" Çempionlar Liqasının tarixinə düşdü

Baxılıb: 258     Tarix: 03-01-2024 16:34   

fisi İngiltərədə yerləşən "GiveMeSport" portalı Çempionlar Liqası tarixində oynamış büdcəsinə görə ən kiçik 10 klubun siyahısını tərtib edib.
Saytın ekspertləri siyahını klubların ilk növbədə iqtisadi vəziyyətini, sonra tarixini, azarkeş bazasını və oyuna gələn fanatlarının sayını nəzərə almaqla hazırlayıb.
Bu zaman təsnifat mərhələləri deyil, yalnız qrup mərhələsində iştirak əsas götülüb.
Reytinqdə Azərbaycan təmsilçisi "Qarabağ" da yer alıb. Ağdam klubu 4-cü yerdə qərarlaşıb.
Bu siyahıya düşən 10 komanda aşağıda adları qeyd edilənlərdir:
1. "Unirya" (Rumıniya)
2. "Şerif" (Moldova)
3. "Astana" (Qazaxıstan)
4. "Qarabağ" (Azərbaycan)
5. BATE (Belarus)
6. "Maribor" (Sloveniya)
7. APOEL (Kipr)
8. "Viktoriya" (Plzen, Çexiya)
9. "Krasnodar" (Rusiya)
10. "Antverpen" (Belçika)
Xatırladaq ki, "Qarabağ" 2017/18 mövsümündə Azərbaycan futbolu tarixində ilk və hələlik sonuncu dəfə Çempionlar Liqasının qrupuna vəsiqə qazanıb. Bu mərhələdə onlar "Çelsi" (İngiltərə), "Roma" (İtaliya) və "Atletiko" (Madrid, İspaniya) ilə mübarizə aparıb. Qurban Qurbanovun komandası "Atletiko" ilə hər iki oyunda heç-heçə edib (0:0, 1:1) digər dörd matçda isə uduzub və qrupu 2 xalla sonuncu yerdə tamamlayıb.

Qanunvehedef.azшаблоны для dle 11.2