Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Şamil Əsgərov lisenziya turnirinə qələbə ilə başladı

Baxılıb: 566     Tarix: 24-05-2024 11:59   

Tailandın paytaxtı Banqkokda boks üzrə 2-ci Dünya Olimpiya Təsnifat Turnirinə start verilib.
Qanunvehedef.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin heyətində Şamil Əsgərov mübarizəyə qoşulub.
57 kq çəkidə qüvvəsini sınayan boksçumuz 1/32 final çərçivəsində Sinq-Yu Tso (Honkonq) ilə qarşılaşıb. Döyüş Əsgərovun 4:1 (29:28, 28:29, 29:28, 30:27, 29:28) hesablı qələbəsi ilə başa çatıb.
O, ikinci görüşündə ilk mərhələdən azad olan Rujakran Jantronqla (Tailand) üz-üzə gələcək. Döyüş mayın 28-də olacaq.
Qeyd edək ki, yarışda Azərbaycan milli komandası 9 boksçu ilə təmsil olunur.

Qanunvehedef.az



Son xəbərlər
{sape_links}{sape_article}