Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Birinci yarımil: iqtisadi artım qeydə alındı

Baxılıb: 666     Tarix: 16-07-2021 11:22   
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-iyun aylarında ölkədə 39 milyard 915 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov qeyd edib.
Onun sözlərinə görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artım deməkdir:
“Bu ilin ilk yarısında iqtisadi artım qeyri-neft sektoru hesabına baş verib. Belə ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,7 faiz azalsa da, qeyri-neft sektorunda 5,1 faiz artıb. Qeyri-neft sektorunda iqtisadi aktivliyin yüksəlməsi bu ilin yanvar ayından sonra sərt karantin tədbirlərinin tətbiq edilməməsi və yumşalmalara gedilməsi ilə bağlıdır. Məhdudiyyətlərin azaldılması iqtisadi aktivliyə müsbət təsir göstərməklə yanaşı, həmçinin məşğulluğun təmini baxımından da vacibdir. Bu kontekstdən vaksinasiya səviyyəsi yüksələrsə, yoluxma sayı optimallaşarsa, real sektorda məhdudiyyətlərin tətbiqinə yenidən ehtiyac yaranmaz və bu da iqtisadiyyatdakı artım tempinin növbəti aylarda da qorunub saxlanmasına imkan verər”, - o bildirib.шаблоны для dle 11.2



Buy yes2win pbn google seo ranking