Xəbər lenti
21/06/2026 [16:23]
Daha 1 il “Qarabağ”da
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Xankəndidə xüsusi təyinatlı rabitə şəbəkəsi fəaliyyətə başlayıb

Baxılıb: 879     Tarix: 02-10-2023 12:28   

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Xankəndi şəhərində, eləcə də Ağdərə və Xocalı rayonlarında dövlət qurumlarının etibarlı idarə olunması və məlumat mübadiləsinin təşkili məqsədilə operativ olaraq TETRA radiorabitə şəbəkəsi qurularaq istifadəyə verilib.
Qanunvehedef.az xəbər verir ki, hazırda həmin bölgədə "AzStateNet" şəbəkəsinin qurulması istiqamətində hazırlıq işləri davam etdirilir.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını rəhbər tutaraq, dövlət orqanlarını fasiləsiz və təhlükəsiz xüsusi təyinatlı rabitə ilə təmin olunmasını davam etdirir.
Xatırladaq ki, XRİTDX tərəfindən cari ilin ötən dövrü ərzində Qarabağ və Şərgi Zəngəzur iqtisadi rayonlarının ərazilərində fəaliyyət göstərən 15 dövlət qurumu “AzStateNet” şəbəkəsi üzərindən data və internet kanalları ilə təmin olunub.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar