Xəbər lenti
04/05/2026 [14:04]
Sabah hava necə olacaq?
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

İƏT-in Daşkənddə keçiriləcək sammitinin gündəliyi açıqlanıb

Baxılıb: 559     Tarix: 06-11-2023 11:36   

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) noyabrın 8-9-da Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək 16-cı sammitində ticarət-iqtisadi, investisiya, nəqliyyat-kommunikasiya və humanitar əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunacaq.
"Report" Özbəkistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
İƏT-ə üzv ölkələrin liderləri təşkilatın fəaliyyətinin təkmilləşdirilməsini də müzakirə edəcəklər.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sədrliyi ilə keçiriləcək tədbirdə Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Türkiyənin dövlət və hökumət başçılarının iştirakı gözlənilir.

Qanunvehedef.az



{sape_links}{sape_article}