Xəbər lenti
10/10/2024 [13:17]
Sabah yağış yağacaq
Arxiv
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Sahibkarlığın İnkişafı Fondu 10 ayda 127 milyon manat güzəştli kredit verib

Baxılıb: 720     Tarix: 13-11-2023 13:46   

Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu ümumi dəyəri 294 milyon manatdan çox olan 2,4 mindən artıq layihəyə 127 milyon manat güzəştli kredit verib.
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında nazir Mikayıl Cabbarov bildirib.
"Kreditlərin məbləğ üzrə 97%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşüb", - deyə o qeyd edib.
"Bu il yerli istehsalın maya dəyərinin aşağı salınması, ixrac potensialının və istehsal olunan malların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması məqsədilə yerli istehsalı olmayan və istehsal prosesində istifadə olunan 300-ə yaxın aralıq mallar idxal gömrük rüsumlarından azad edilib. Ölkənin əsas ticarət tərəfdaşlarından olan Türkiyə ilə preferensial ticarət sazişinin əhatə dairəsi genişləndirilib", - deyə nazir əlavə edib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar