Xəbər lenti
21/06/2026 [16:23]
Daha 1 il “Qarabağ”da
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ağdərəyə görə büdcə layihəsi dəyişdi, Bakı və Laçınla bağlı xərclər artırıldı

Baxılıb: 848     Tarix: 01-12-2023 12:21   

Azərbaycanda yeni rayon yaradılıb və bununla əlaqədar dövlət büdcəsi layihəsində korrektələrə ehtiyac yaranıb.
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2024-cü ilin büdcə zərfinin üçüncü oxunuşda müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, ilk növbədə yeni Ağdərə rayonunun təsis edilməsi ilə bağlı dövlət büdcəsi layihəsinin 5-ci maddəsinə həmin rayonun adı əlavə ediləcək: "Meliorasiyaya ayrılan vəsaitin 7,3 milyon manatı azaldılacaq, müvafiq olaraq həmin vəsaitin elm xərcləri bölməsinə əlavə ediləcək. Bununla yanaşı cari ildə qəbul edilmiş minimum əməkhaqqı üzrə qərarların icrası ilə əlaqədar Bakı şəhərinin yerli xərclərində, eyni zamanda Laçın rayonunun yerli xərclərində bəzi düzəlişlərin edilməsinə ehtiyac var. Bakı şəhərinin yerli xərclərinin 2,3 milyon, Laçın rayonunun yerli xərclərinin 100 min manat artırılması nəzərə alınacaq".

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar