Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

AZAL-dan Bakı-Vyana istiqamətində uçuşlara xüsusi təklif

Baxılıb: 613     Tarix: 15-12-2023 11:26   

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakı və Vyana arasında uçuşlar üçün yeni endirim aksiyasına start verib. Aksiya çərçivəsində aviabiletlərin qiyməti Bakı-Vyana-Bakı marşrutu üzrə 555 manatdan, Vyana-Bakı-Vyana marşrutu üzrə isə 299 avrodan başlayır.
Qanunvehedef.az xəbər verir ki, endirimli aviabiletləri 15-21 dekabr 2023-cü il tarixləri arasında əldə etmək mümkündür. Aksiya aviaşirkətin 16 yanvar–11 iyun 2024-cü il tarixlərində (yüksək tələbat dövrü istisna olmaqla) həyata keçiriləcək reyslərinə şamil olunur. Bakı ilə Vyana arasında reyslər həftədə iki dəfə — çərşənbə axşamı və cümə günləri həyata keçirilir.
AZAL-ın xüsusi təklifi zəngin tarixi memarlığı ilə seçilən və Avropa mədəniyyət və incəsənətinin beşiklərindən sayılan Vyanaya daha sərfəli qiymətlərlə səyahət etmək imkanını yaradır. Qeyd edək ki, endirimli aviabiletlərin sayı məhduddur.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Qanunvehedef.azшаблоны для dle 11.2