Xəbər lenti
21/09/2026 [15:13]
Qızıl niyə ucuzlaşır?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın investisiya yatırıb

Baxılıb: 828     Tarix: 21-12-2023 11:46   

“1995-ci ildən bu il iyulun 1-nə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 19,9 milyard ABŞ dolları investisiya yatırıb”.
“Report” xəbər verir ki, bunu Bakıda keçirilən, ümummilli lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın xarici ölkələrə investisiya qoyuluşunun məbləğinə görə Türkiyə 1-ci yerdədir: “Bu, ölkələrimiz arasında investisiya tərəfdaşlığının inkişafının əyani göstəricisidir. Sevindirici haldır ki, Azərbaycanda qeyri-neft-qaz sektoruna investisiya yatıran ölkələr sırasında Türkiyə 1-ci yerdə qərarlaşıb”.
Bundan başqa, nazir qeyd edib ki, bu ilin yanvar-noyabr aylarında iki ölkənin ticarət dövriyyəsinin dəyəri 7,2 milyard ABŞ dollarından çox olub: “Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 33% çoxdur”.

Qanunvehedef.az



{sape_links}{sape_article}