AMB 2024-cü il üçün pul siyasətini açıqladı
Baxılıb: 145 Tarix: 28-12-2023 11:11
Proqnozlara görə növbəti ildə qlobal iqtisadi artımın azalacağı, qlobal enerji və ərzaq qiymətlərinin sabitləşəcəyi, habelə ticarət tərəfdaşlarında inflyasiya proseslərinin səngiyəcəyi gözlənilir.
Qanunvehedef.az xəbər verir ki, bu barədə AMB-nin 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.
Bildirilib ki, ümumilikdə, xarici şəraitin Azərbaycan iqtisadiyyatı üçün əlverişli olaraq qalacağı proqnozlaşdırılır.
“Əlavə olaraq dünyada fraqmentasiyanın daha da dərinləşməsi, dövlət borcu böhranının daha çox ölkəyə yayılması ehtimalı, Çindəki iqtisadi bərpanın əmlak bazarında hələ də davam edən problemlər nəticəsində zəif qalması qlobal iqtisadi artım gözləntilərinə mənfi təsir göstərir.
BVF-nun oktyabr hesabatına əsasən 2024-cü ildə qlobal iqtisadiyyatın artım proqnozu bir öncəki proqnozla müqayisədə 0.1 faiz bəndi aşağı reviziya etmiş və 2.9% səviyyəsində müəyyənləşdirilib. Hesabatda iqtisadi artımın inkişaf etmiş ölkələrdə 1.4%, inkişaf etməkdə olan ölkələrdə isə 4% olacağı proqnozlaşdırılır. Aparıcı ölkələrdə maliyyə sabitliyi ilə bağlı risklərin 8 geniş miqyasda reallaşması bu proqnozların özünü doğrultmasına mənfi təsir edə bilər. Proqnozlar 2024-cü ildə dünyada inflyasiya təzyiqlərinin zəif templərlə azalacağını göstərir. BVF-nin son proqnozlarına görə dünya üzrə inflyasiyanın 2023- cü ildəki 6.9%-dən 2024-cü ildə 5.8%-ə enəcəyi gözlənilir. Qeyd edək ki, 2017-2019- cu illərdə orta hesabla illik inflyasiya göstəricisi 3.4% olub”, - Bəynatda bildirilib.
Qeyd edilib ki, dünya ticarətində artımın 2024-cü ildə 3.5% olacağı gözlənilir ki, bu da 2000-2019-cu illərin orta göstəricisi olan 4.9 faizdən xeyli aşağıdır.
Dünya ticarətinin dinamikasına qlobal ticarətdə maneələrin artması, ötən dövrlərdə ABŞ dollarının bahalaşması təsir etməkdədir. Enerji daşıyıcılarının dünya qiymətləri növbəti ildə də qlobal iqtisadi aktivlik, geosiyasi amillər və OPEC++ çərçivəsində qəbul edilən qərarların təsiri altında formalaşacaqdır. OPEC++ tərəfindən xam neft hasilatının azaldılmasının uzadılması neft qiymətinə artırıcı təsir edəcək. Qlobal iqtisadi aktivliyin zəifləməsi isə dünya enerji qiymətlərinə azaldıcı təsir göstərəcək. BVF 2024-cü ildə neftin qiymətinin 80 ABŞ dolları ətrafında olacağını proqnozlaşdırır.
2024-cü ildə də qlobal geosiyasi vəziyyət, əsas ixrac məhsulları üzrə dünya qiymətləri, ticarət tərəfdaşlarında makroiqtisadi durum, qeyri neft-qaz sektoru üzrə ixrac potensialı Azərbaycanın tədiyə balansına təsir göstərən əsas amillər olacaq.
2024-cü ildə Azərbaycan iqtisadiyyatının real sektorunda artımın davam edəcəyi proqnozlaşdırılır. Mərkəzi Bankın proqnozlarına görə 2024-cü ildə real iqtisadi artım tempinin 3-3.5%, o cümlədən qeyri neft-qaz sektoru üzrə 5-5.5% civarında olacağı gözlənilir.
Bildirilib ki, növbəti ildə də işğaldan azad edilmiş ərazilərdə iri miqyaslı bərpa-quruculuq işləri iqtisadi
artıma müsbət impulslar verəcək.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər