Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bakıda evdən 2000 manatlıq samovarlar oğurlandı

Baxılıb: 535     Tarix: 22-01-2022 12:27   

Bakıda evdən oğurluq olub.
Qanunvehedef.az DİN-ə istinadən xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə yanvarın 20-də Hövsan qəsəbəsindəki evlərdən birinin zirzəmisindən 2000 manat dəyərində 3 ədəd samovarın oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini S. Vəlizadə qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Ətrafında aparılan tədbirlərlə onun daha bir evdən 1500 manat dəyərində məişət əşyaları, bir həyətyanı sahədən isə 1400 manat dəyərində təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar