Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bakıda narkoşəbəkə ələ keçdi

Baxılıb: 509     Tarix: 13-01-2023 11:51   

Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin keçirdikyi əməliyyat-axtarış tədbirləri ilə Binə qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər saxlanılıb. Əməliyyatlar zamanı Aygün Rzayeva, Nəsimi Yunisli, Vidadi Nəzərzadə, Vüsal Ələkbərov və Elvin Şərifov tutulublar.
Qanunvehedef.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, müəyyən edilib ki, Aygün Rzayeva Binə qəsəbəsində narkotik vasitələrin satışını həyata keçirmək üçün şəbəkə yaradaraq Nəsimi Yunisli və digərlərini bu işə cəlb edib. O, narkotik vasitələri isə sosial şəbəkələr vasitəsi ilə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından onlayn yolla aldığını bildirib. Aygün Rzayeva və onun şəbəkəsinə daxil olan şəxslərdən külli miqdarda heroin və metamfetamin aşkar edilib. Saxlanılan şəxslər izahatlarında narkotik vasitələri Aygün Rzayeva və Nəsimi Yunislidən aldıqlarını etiraf ediblər.
Faktlarla bağlı 3-cü PŞ-də toplanan materiallar Xəzər RPİ-yə göndərilib, əməliyyat-axtarış tədbirləri davam etdirilir.шаблоны для dle 11.2