Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

300 məktəbə yeni direktor təyin edildi - Nazir

Baxılıb: 736     Tarix: 17-10-2019 13:21   

Cəmiyyətdə müəllim peşəsinin nüfuzunun genişlənməsi nazirliyimizi sevindirən ən böyük uğurdur. Bu sahədə kompleks tədbirlər davam edir.
Qanunvehedef.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov keçirdiyi mətbuat konfransında deyib.
“Artım nəticəsində orta aylıq əmək haqqı 600 manat olub. Dərs yükündən asılı olaraq daha yüksək əmək haqqı alan müəllimlərin sayı kifayət qədərdir. Yay aylarında keçirilən işə qəbul kampaniyasında elektron qaydada 55 min müəllim iş üçün müraciət edib. Bölgələrdə vakansiyaların 100 faizə yaxını təmin olunub. 5 abituriyentrdən 4-ü ixtisas seçimində müəllim peşəsini seçib”, - nazir bildirib.
C.Bayramov ölkə üzrə 300-ə yaxın məktəb direktoru təyin edildiyini, intizam qaydalarına riayət etməyən 6 direktorun işdən azad edildiyini deyib.
“7 halda ciddi pozuntular olduğuna görə onlar hüquq-mühafizə orqanlarına təhvil verilib. 80 məktəb direktorunun müqavilə müddətinin uzadılmaması ilə bağlı qərar qəbul olunub”.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar