Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

QHT-lərə DÖVLƏT DƏSTƏYİ AGENTLİYİNƏ YENİ İCRAÇI DİREKTOR TƏYİN EDİLDİ - FOTO

Baxılıb: 357     Tarix: 23-11-2021 15:42   

23 noyabr 2021-ci ildə Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

İclasda Agentliyin icraçı direktorunun təyinatı məsələsinə baxılıb və bu vəzifəyə Aygün Əliyevanın namizədliyi irəli sürülüb. Müşahidə Şurasının üzvləri məsələyə münasibət bildirərək A.Əliyevanın namizədliyini yekdilliklə dəstəkləyiblər.

Qeyd edək ki, Aygün Əliyeva 29 iyul 1988-ci ildə Bakı şəhərində anadan olmuş, 2010-cu ildə Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsini, 2012-ci ildə Azərbaycan Dillər Universitetinin müvafiq ixtisas üzrə magistratura pilləsini, 2015-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib. 

2010-cu ildən başlayaraq Azərbaycan Dillər Universitetində prorektor köməkçisi, 2012-2013-cü illərdə Yeni Azərbaycan Partiyasının Mərkəzi ofisində baş təlimatçı, 2013-2020-ci illərdə Binəqədi Rayon İcra Hakimiyyətində başçısının müavini, 2020-ci ildən bu günədək isə TƏBİB-in İctimaiyyətlə əlaqələr, kargüzarlıq və vətəndaş müraciətləri ilə iş departamentinin rəhbəri vəzifəsində işləyib.

2007-ci ildən başlayaraq müxtəlif qeyri-hökumət təşkilatlarının sosial, iqtisadi, təhsil sahələrində olan layihə və proqramlarının icrasına cəlb olunub.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar