Xəbər lenti
Arxiv
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Elşad Abdullayevin erməni sevgisi irsən keçən genetik xüsusiyyətdir

Baxılıb: 1 174     Tarix: 20-09-2022 10:35   
    
Bir neçə gün öncə xəbər yayıldı ki, Rusiya məhkəməsi Özbəkistanın birinci prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın Moskvadakı 6 mənzilini müsadirə edib. Özbəkistanın ədliyyə nazirinin müavini Müzrəf İkramov rəsmi Daşkənd və Moskvanın Gülnarə Kərimovanın məhkəmə tərəfindən müsadirə olunmuş mənzillərinin satışından əldə olunan gəlirləri bərabər şəkildə bölüşəcəklərini açıqlayıb. Qeyd edək ki, 2020-ci ildə Özbəkistan Ədliyyə Nazirliyi Baş prokurorluqla birlikdə Kərimovanın 1,3 milyard dollar məbləğində “cinayət yolu ilə əldə etdiyi aktivlərin” qaytarılması ilə məşğul olduğunu bildirib.
Gələn məlumatlara əsasən, Özbəkistanın keçmiş prezidentinin qızının Rusiyadakı hesablarında hələ 6 milyon dolları qalıb. Bundan başqa, G.Kərimovanın Moskvada “Kamelot” yaşayış kompleksində penthaus, Rublyovka massivində malikanə və səkkiz mənzilə malikdir. Həmçinin onun Yaltada ümumi dəyəri 2 milyon dollardan çox olan otel kompleksi, yaşayış binası və torpaq sahəsi var. Xatırladaq ki, Gülnarə Kərimovaya qarşı qaldırılan cinayət işi çərçivəsində müsadirə edilmiş aktivlərin qaytarılması üçün İsveçrə və Özbəkistan BMT-nin Çoxtərəfli Etimad Fondu yaradacaq. İsveçrə öz banklarında Kərimovaya məxsus 131 milyon dolları geri qaytarılmağa hazır olduğunu bəyan edib. 2013-cü ildə Özbəkistanda Gülnarə Kərimova qarşı mənimsəmə və vergidən yayınma ittihamları ilə iki cinayət işi açılıb. Sabiq prezidentin qızı 2015-ci ildə birinci iş üzrə 5 il, 2017-ci ildə ikinci işlə bağlı 10 il müddətinə azadlıqdan məhrum edilib.
2020-ci ilin martında Daşkənd Şəhər Cinayət Məhkəməsi onu 13 il 4 ay müddətinə azadlıqdan məhrum edib. Kərimova sui-qəsd, hədə-qorxu ilə tələb etmə, mənimsəmə və soyğunçuluq, çirkli pulların yuyulması və digər cinayətlərdə təqsirli bilinib. Gülnarə Kərimova 2019-cu ilin yazından Daşkənd vilayətinin Zəngiata rayonundakı 21 saylı qadın koloniyasında cəza çəkir.
Azərbaycan isə fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin (ABU)sabiq rektoru, qatı cinayətkar, Vətən xaini Elşad Abdullayevin öhdəsindən gələ bilmir. Özünün saxlanılaraq Azərbaycana ekstradisiya edilməsi bir yana dursun, rəsmən təsbit olunmuş əmlakının belə müsadirəsini həyata keçirə bilmirik. ABU-nun Moskvadakı filial binasına Rusiya tərəfinin hətta heç şərik çıxmaq fikri yoxdur. Azərbaycan tərəfi isə binaya yiyə dura bilmir.
Deyəsən, bir çox başqa genetik xüsusiyyətlər kimi, Vətənə xəyanət sindromu da valideyndən övlada irsən keçir. Təkzibolunmaz faktdır ki, Elşad Abdullayevin oğlu 1987-ci il təvəllüdlü Elşən Abdullayev 27 dekabr 2014-cü il tarixdə erməni qadın Şaxramanova Susanna Şaqenovnaya 4500000 (dörd milyon beş yüz min) rus rublu məbləğində borc vermişdir. Borc müqaviləsi Moskva vilayətinin Leninsk notariat dairəsində rəsmən qeydə alınmışdır (müqavilənin şəkli əlavə olunur). Müqavilə şərtlərinə əsasən erməni qadının bu pulu istənilən məqsədlər üçün xərcləyəcəyi mümkün hesab edilir.
Bundan başqa, Diaspor TV-nin iddiasına görə E. Abdullayevin oğlu Elşən Abdullayev pandemiyanın tüğyan etdiyi keçən ilin may ayında Moskva vilayətinin Vidnoye rayonunda ona məxsus “Fud – Kort” restoranını erməni qadınına icarəyə verib və həmin restoranda keçirilən 50-60 nəfərlik banket zamanı xeyli sayda soydaşımız koronavirusa yoluxubmuş.
Elşən Abdullayev vaxtilə qanunsuz yolla və atasının əlaqələrindən yararlanaraq Rusiya vətəndaşlığı almağa nail olmuş və Moskva vilayətinin Odintsovo şəhərinin Morfino küçəsi 26 B ünvanında yaşayaraq indiyədək atasının Rusiyadakı əmlakını idarə etməkdə, kommersiya fəaliyyətini davam etdirməkdədir. Onun cinayətkar atası ilə əlaqələri nəzərə alınaraq Rusiya Konstitusiyasının əsaslarını laxlatmaq ehtimalı olan fəaliyyəti barədə Rusiyanın hüquq-mühafizə orqanlarına məlumat verilmişdir.
3 il əvvəl “İki sahil” qəzeti yazmışdı ki, Elşad Abdullayevin qızı Aynur Abdullayeva erməni Artyom Xaçaturyan ilə ailə qurub. Həmin məlumata görə, cütlük artıq 3 il idi ki evliydi və onların bir oğlu var. Fotoşəkillərlə müşayiət olunan  informasiyada həmçinin erməni bəyin toyda tapançadan atəş açdığı da qeyd olunmuşdu. Erməni gülləsinin minlərlə Azərbaycan əsgərini şəhid etməsini nəzərə alanda Elşad Abdullayevə və ondan erməni sevgisi əxz edən övladlarına ancaq və ancaq hədsiz nifrət hissi doğur.
Elşad Abdullayevin Rusiya Federasiyasında və MDB hüdudları çərçivəsində axtarışı elan olunmuşdur. Razılaşın ki, Elşad Abdullayevin Fransada yaşadığı ünvan bəlli olduğu halda onun MDB ölkələrində axtarılması absurddur. Amma odioz rektorun oğlu Elşən Abdullayevin də məsuliyyətə cəlb olunmasına nail olmaq Azərbaycanın xüsusi xidmət orqanlarının işidir və mümkün məsələdir. Axı ki, həmin orqanların ölkəmizin Rusiyadakı səfirliyində və konsulluqlarında yüksək rütbəli nümayəndələri otururlar və Azərbaycan vətəndaşlarının, o cümlədən Elşad Abdullayevin maddi və mənəvi ziyan vurduğu vətəndaşlarımızın ödədiyi vergidən formalaşan dövlət büdcəsindən maaş alırlar.

Mövzuya qayıdacağıq.
“Qanun və Hədəf” 


шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar