Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Əvəz Zeynallı ev dustaqlığına buraxılacaq?

Baxılıb: 879     Tarix: 21-09-2022 10:28   

Bu gün Binəqədi Rayon Məhkəməsində tanınmış jurnalist Əvəz Zeynallının ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılacaq.
Qanunvehedef.az xəbər verir ki, proses bu gün saat 16:00-a təyin olunub. Vəsatət Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin icraatına verilib.
Qeyd edək ki, Əvəz Zeynallı “Baku Steel Company” şirkətinin sabiq rəhbəri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılan Rasim Məmmədov haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Elçin Sadıqovun vasitəsilə R.Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış ilkin sübutlara əsasən Əvəz Zeynalov barəsində cinayət işi başlanıb və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Qərardan verilən apellyasiya şikayəti də təmin olunmayıb.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar